Ermənistanın baş naziri Nikol Paşinyan bir aylıq - iyulun 15-dən avqustun 12-dək məzuniyyətə çıxıb.
Bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan rəsmi açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, Paşinyan məzuniyyətinin böyük hissəsini Ermənistanda keçirəcək.
Lakin Ermənistan Nazirlər Kabinetinin rəhbəri bu həftə Londonda keçiriləcək Avropa Siyasi Birliyinin 4-cü sammitinə qatılacaq.