Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası Xalq Cəbhəsi Partiyasının növbədənkənar parlament seçkilərini boykot etmək qərarını dəstəklədiyini açıqlayıb.
Milli Şura İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda seçki institutunun sarsıdıldığını qeyd edərək, vətəndaşları sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməyə çağırıb.
“Milli Şura 1 sentyabr seçkilərini seçki yox, nəticəsi İlham Əliyevin şəxsi istəyinə uyğun olaraq əvvəlcədən müəyyən edilən və planlaşdırılan ucuz performans hesab edir, seçkidə iştirakını milli maraqlar baxımından gərəksiz və zərərli hesab edir”, - qəbul edilmiş sənəddə deyilir.