İyulun 16-da mən ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ilə görüşdüm. Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan öz Facebook səhifəsində yazıb.
“Pensilvaniyada prezident Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı mən qurbanın ailəsinə başsağlığı verdim və yaralananların tezliklə sağalmasını arzuladım. Qeyd etdim ki, zorakılığın istənilən təzahürü yolverilməzdir.
Görüşdə biz Ermənistanda həyata keçirilən demokratik islahatlar prosesini müzakirə etdik, polis, ədliyyə, korrupsiyaya qarşı mübarizə çərçivəsində artıq əldə edilmiş uğurları vurğuladıq. Yuxarıda qeyd olunanlar və bir sıra digər sahələr kontekstində biz Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlığa toxunduq, bu əməkdaşlıq çərçivəsində mən ABŞ-ın Ermənistanda demokratik təsisatların inkişafına dəstəyinin vacibliyini vurğuladım”, - deyə o yazıb.