Macarıstanın baş naziri Viktor Orban 2-11 iyul tarixlərində Ukrayna, Rusiya və ABŞ-a səfərlərindən sonra Avropa İttifaqı ölkələrinin liderlərinə Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı təkliflər göndərib. Bu barədə Macarıstan rəhbərinin köməkçisi B. Orban məlumat verib.
“Orbanın planı indi bütün Aİ liderlərinin masasındadır, baş nazir həmçinin Avropa Şurası liderlərini danışıqların birinci raundunun nəticələri, Macarıstanın təklifləri barədə yazılı şəkildə məlumatlandırıb. Budapeşt Aİ-nin siyasi kursunda dəyişiklik gözləyir", - hökumət başçısının müşaviri bildirib.