NATO baş katibinin Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Amerikayi dzayn”ın erməni xidmətinin Ermənistan-Azərbaycan prosesi ilə bağlı suallarını cavablandırıb.
Şimali Atlantika Müqaviləsi Təşkilatı baş katibinin xüsusi nümayəndəsi Cənubi Qafqaz regionunda sabitliyin NATO üçün vacib olduğunu vurğulayaraq, alyansın ABŞ və Aİ-nin iştirakı ilə Yerevan və Bakı arasında sülh prosesinə dəstəyini ifadə edib.
“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, sülhün bərqərar olmasına yönəlmiş danışıqları və onlar arasında uzunmüddətli sülh sazişinin bağlanmasını qətiyyətlə dəstəkləyirik. Biz tərəfdaşlarımızı düzgün istiqamətə yönəltməyə çalışırıq. Bizim üçün isə düzgün yol münasibətlərin tənzimlənməsidir, çünki bu, Qafqazda sabitlik gətirəcək”, - Kolomina bildirib.
O vurğulayıb ki, “Qafqaz Qara dəniz regionuna birbaşa təsir edir və Qara dəniz NATO üçün strateji maraq kəsb edən regiondur. Ona görə də regionda onun sabit olması bizim marağımızdır, çünki qeyri-sabitlik bizə təsir edir”.
Yüksək rütbəli məmurun uzanan Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş görürmü sualına Kolomina optimist olduğunu, müsbət irəliləyiş gördüyünü cavablandırıb və dövlət katibi Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşü diqqətə çatdırıb.
“İrəliləyiş olduğuna inanıram. Bunun bizi hara aparacağını bilmirəm, lakin biz bacardığımız qədər prosesi dəstəkləməyə davam edəcəyik”, - NATO baş katibinin xüsusi nümayəndəsi əmin edib.