Müdafiə Nazirliyinin inzibati kompleksində qarşılanma mərasimindən sonra Ermənistanın müdafiə naziri Suren Papikyan ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında təkbətək söhbət olub, daha sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.
Müdafiə Nazirliyi bildirir ki, görüşdə əməkdaşlığın hazırkı səviyyəsi yüksək qiymətləndirilib. Müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Gürcüstan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.
Tərəflər, həmçinin iki ölkənin silahlı qüvvələrində aparılan islahatların təfərrüatlarını bir-birinə təqdim ediblər.
Görüşün sonunda müdafiə nazirləri ER Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2024-cü il üçün əməkdaşlıq planını imzalayıblar.