Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.
Tərəflər arasında görüş Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində baş tutub.
İki ölkə lideri Türkiyə-Fransa münasibətlərini, Ukrayna ilə Rusiya arasında müharibənin gedişini, Fələstin-İsrail münaqişəsini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Fransa Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Ərdoğan ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsini də müzakirə edib.
“Fransa prezidenti regionda yeni səhifə aça biləcək ən qısa zamanda sülh razılaşmasına nail olmaq məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən dialoqu dəstəklədiyini bir daha təsdiqləyib”, - məlumatda bildirilir.