Ermənistanın açıq sərhədləri reallığa çevirmək üçün tam siyasi iradəsi var. Bu barədə brifinq zamanı Türkiyə ilə sərhədin açılmasına toxunan Parlamentin sədr müavini Hakob Arşakyan bildirib.
“Söhbətimiz zamanı razılaşma elədir ki, heç bir ilkin şərt olmamalıdır və mən ümid edirəm ki, bu razılaşma qalmaqdadır. Sərhədlərin açılması hər iki ölkənin və xalqın mənafeyinə uyğundur və ümid edirəm ki, bu, tezliklə baş verəcək”.
Arşakyanın sözlərinə görə, sərhədlərin açıq olması ilə bağlı maneələri aradan qaldırmaqla ER və erməni xalqı üçün həyat səviyyəsi, təhlükəsizlik səviyyəsi və uzunmüddətli münasibətlərin yaradılması baxımından daha əlverişli şərait yaradılacaq.