Son həftələrdə Azərbaycan hakimiyyəti ölkədə qalan bir neçə müstəqil KİV-in daim sıxışdırılması çərçivəsində 11 jurnalistin ilkin həbs müddətini uzadıb. Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistəri Müdafiə Komitəsinin bəyanatında deyilir.
Bu jurnalistlər noyabrdan bəri Qərb donorlarından maliyyələşmə almaqla əlaqədar valyuta qaçaqmalçılığında ittiham edilən dörd müstəqil nəşrin 13 KİV işçisi arasındadır. İttihamlar Azərbaycan ilə Qərb arasında münasibətlərin pisləşməsi və ölkənin noyabrda COP29 iqlim konfransına hazırlaşması fonunda irəli sürülüb, Komitə qeyd edib.
"Azərbaycan jurnalistləri susdurmaq və qorxutmaq üçün həbs və səfər qadağalarından istifadə etməyə son qoymalıdır", - Komitənin Nyu-Yorkdakı proqramlarının direktoru Karlos Martines de la Serna deyib. "Hakimiyyət bütün ittihamları və hərəkət məhdudiyyətlərini aradan qaldırmalı, hələ də həbsdə olanları dərhal azad etməlidir", - o əlavə edib.