Mən şadam ki, dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində çalışır, lakin Azərbaycanın davamlı təcavüzü və insan haqlarının dəfələrlə pozulması üçün real nəticələr olmasa, bu danışıqlar faydasızdır. Bu barədə ABŞ konqresmeni Frank Pallon özünün X mikrobloqunda yazıb.
"Dövlət Katibliyi Ermənistanın suverenliyini və müdafiə qabiliyyətini dəstəkləməlidir", - yazıda deyilir.