Rusiya Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin genişlənməsindən narahatdır və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novostiyə müsahibəsində bildirib.
“Biz Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndiririk, bu barədə dəfələrlə deyilib”, - rusiyalı nazir müavini vurğulayıb.
Qaluzinin fikrincə, Avropa İttifaqının vəzifəsi region dövlətlərinin - Rusiya, İran və Türkiyənin ənənəvi tərəfdaşları və qonşularının maraqlarına zərər verərək Cənubi Qafqazda möhkəmlənməyə çalışmaqdır.