Xarici işlər naziri Ararat Mirzoyan özünün X mikrobloqunda Ermənistan və Sloveniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə paylaşım edib.
"Biz Ermənistan və Sloveniya arasında əməkdaşlığın birgə səylər və yeni təşəbbüslərlə daha da möhkəmlənməsini gözləyirik", - deyə Mirzoyan qeyd edib.
Xarici İşlər Nazirliyinin X səhifəsində həmçinin iki ölkə arasında ümumi dəyərlərə, demokratik prinsiplərə, sülhə töhfələrə və Ermənistan, Sloveniya və Avropa İttifaqı arasında daha sıx tərəfdaşlıq vizyonuna əsaslanan güclü əməkdaşlıq qurulduğu bildirilir.