Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından son dərəcə təəssüflənir.
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Təhlükəsizlik sahəsindən danışarkən vurğulamaq istəyirəm ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır”, - o vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan Vaşinqtonda keçirilən bu hərbi-siyasi blokun sammitində iştirakdan başqa, NATO standartlarının həyata keçirilməsi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə qarşılıqlı fəaliyyəti artırmağa üstünlük verir.