Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenə Vaşinqtonda üçtərəfli görüşün təşkilinə görə təşəkkür edib.
Mirzoyan X səhifəsində paylaşdığı yazıda Ermənistanın Cənubi Qafqazda sabit sülh və sabitliyin bərqərar olması məqsədi ilə Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsini bir daha təsdiqləyib.