ABŞ səfiri Kristina Kvin Dağlıq Qarabağdan olan məcburi köçkünlərin cari ehtiyaclarını dinləmək və onların yeni yaşayış yerlərində Ermənistan hökuməti və USAİD-in göstərdiyi dəstək barədə məlumat almaq üçün Kapanda onlarla görüşüb. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.