Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belçikanın xarici işlər naziri Hadija Labibə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Bu barədə Ermənistanın XİN başçısı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüş onun NATO sammitində iştirak etmək üçün Vaşinqtona səfəri çərçivəsində baş tutub.
“Ermənistan-Belçika əlaqələrinin və Avropa İttifaqı ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları ilə bağlı maraqlı söhbət olub. Biz əldə etdiklərimizi yüksək qiymətləndiririk və daha çox şey üçün çalışırıq. Ermənistan və Azərbaycan arasında regional məsələlər və normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb”, - paylaşımda qeyd edilib.