Vaşinqtonda əldə olunmuş razılığa əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Xatırladaq ki, xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda işgüzar səfərdədir. O, NATO-nun tərəfdaşlar formatında keçiriləcək sammitində və təşkilatın 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək. İkitərəfli görüşlər də planlaşdırılır.