BMT-nin Təhlükəsizlik Şurası Kiyevdəki Uşaq Xəstəxanasına raket hücumu ilə bağlı xüsusi iclas çağırıb.
Bu gün keçiriləcək toplantıda Rusiya hərbi aviasiyasının Ukrayna ərazisinə son aviazərbələri geniş şəkildə müzakirə olunacaq.
Bu arada, Böyük Britaniyanın qurumdakı nümayəndəsi Barbara Vudvord “X” hesabında yazıb ki, toplantıda Rusiyanın son addımlarının beynəlxalq səviyyədə qınanılmasına dair çağırış ediləcək.
Fövqəladə toplantının təşəbbüskarları ABŞ, Böyük Britaniya, Fransa, Sloveniya və Ekvadordur.