ER ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib.
Xarici İşlər Nazirliyi bildirir ki, nazir səfiri salamlayıb və İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianı seçilməsi münasibətilə təbrik edib.
Nazir Sanosyan çoxsahəli əməkdaşlığı davam etdirməyə və digər istiqamətlərdə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə yol tikintisi, energetika və digər sahələrdə birgə həyata keçirilən layihələrin gedişinə toxunulub.
İran-Ermənistan üçüncü elektrik ötürücü xəttinin tikintisinin tez bir zamanda başa çatdırılmasının vacibliyi vurğulanıb.
İkitərəfli maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.