Mən Bayden administrasiyasının üzvüyəm, baş verənlərə hüquqi qiymət verilməsi məsələsi ABŞ Dövlət Departamenti tərəfindən araşdırılır. Bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer Dağlıq Qarabağdakı hadisələrdən 1 il keçməsinə və “Dağlıq Qarabağda baş verənləri etnik təmizləmə adlandırarsınızmı?” sualına cavab verərkən bildirib.
“Biz bu yaxınlarda dərc edilmiş son hesabatlardan xəbərdarıq, və son illərdə, daha dəqiq desək, sentyabr ayında (2023-cü ilin sentyabr hadisələri - red.) baş verənlərlə bağlı çoxlu sənədləşdirilmiş sübutlar və bir çox ailələrlə müsahibələr var, ona görə də təəssüf ki, Dövlət Departamentinin bununla bağlı qiymətləndirməsindən irəli gedə bilmirəm”, - deyə o qeyd edib.