İyulun 9-da ER Müdafiə naziri Suren Papikuan İranın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani qəbul edib.
Görüşdə İran İslam Respublikasının Ermənistandakı yeni təyin edilmiş hərbi attaşe, polkovnik Məhəmməd Nəcəfi də iştirak edib.
Nazir Papikyan yeni təyin olunmuş hərbi attaşeni təbrik edib və ona mühüm missiyasında uğurlar arzulayıb.
Tərəflər müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.