Baş nazir Nikol Paşinyan Argentina Respublikasının Prezidenti Xavyer Xerardo Milləyə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Mesajda deyilir:
“Sizi və dost Argentina xalqını Argentina Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında çoxəsrlik dostluq ənənələrinə və ümumi dəyərlərə əsaslanan mövcud əməkdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək.
Bu fürsətdən istifadə edərək, 2025-ci ildə sizi Ermənistanda qəbul etməyə hazır olduğumu bir daha təsdiq edirəm”.