İran oktyabrda Kazanda keçiriləcək BRICS sammitində Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır. İranın İRNA agentliyinin məlumatına görə, bu barədə yeni seçilmiş prezident Məsud Pezeşkian Vladimir Putinlə telefon danışığında bildirib.
“İran və Rusiya arasında Hərtərəfli Əməkdaşlıq Sazişi üzrə sənədlərin hazırlanması başa çatıb. Rusiyada keçiriləcək BRICS sammiti çərçivəsində bunu imzalamağa hazırıq. Biz Rusiya ilə əlaqələrə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu əlaqələri gücləndirəcəyik”, - deyə İranın seçilmiş prezidenti əlavə edib.
Agentliyin məlumatına görə, Pezeşkian Putinlə söhbəti zamanı iki dövlətin BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, Aİİ, beynəlxalq və regional platformalarda əməkdaşlığının vacibliyini vurğulayıb.