Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunan Azərbaycan neftinin həcmləri azalmaqda davam edir. Bu, “Azəri-Çıraq-Günəşli” və Azərbaycanın digər əsas neft yataqlarında hasilat həcminin azalması ilə əlaqədardır.
Reuters agentliyinin proqnozlarına görə, avqustda Ceyhan limanı vasitəsilə Azərbaycan neftinin ixracının həcmi 17,75 milyon barel olacaq. Proqnozlara görə, iyulda bu rəqəm 19,19 milyon barel olacaq.
Agentliyin hesablamalarına görə, gələn ay Bakı-Tbilisi-Ceyhan kəməri ilə Azərbaycan neftinin gündəlik tədarükü iyul ayı ilə müqayisədə 7,5 faiz azalacaq.
Azərbaycan Dövlət Neft Agentliyinin məlumatına görə, 2024-cü ilin may ayında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2 milyon 725 min 177 ton Azərbaycan nefti nəql olunub. Ümumilikdə, 2024-cü ilin yanvar-may ayları arasında kəmərlə 12 milyon 199 min 306 ton neft ixrac edilib.