Qazaxıstanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birlestik-2024” komanda-qərargah təlimləri başlayıb.
Ölkənin qərbindəki Manqistau vilayətində yerləşən “Oymaşa” poliqonunda keçirilən hərbi manevrlər iyulun 17-dək davam edəcək.
Təlimlərə 4 mindən çox şəxsi heyət, 700 ədəd hərbi texnika cəlb olunub.
Əsas məqsəd hərbi münaqişə vəziyyətində quru qoşunlarının manevrləri, havadan kəşfiyyat, dəniz xüsusi təyinatlıları, hərbi aviasiya və hərbi gəmilərin döyüş tapşırıqlarının icrası zamanı çevik reaksiyasının yoxlanılmasından ibarətdir.