Fransada keçirilən seçkilərdə sol partiyaların koalisiyası “Yeni Xalq Cəbhəsi” 182 mandat alaraq qalib gəlib. Bu məlumatlar Monde qəzetində dərc olunub.
Prezident Emmanuel Makronun koalisiyası 168 mandatla ikinci yerdədir. Marin Le Penin “Milli Birlik” partiyası üçüncü olub. Parlamentdə 143 deputatla təmsil olunacaq.
Parisien qəzeti bildirib ki, Daxili İşlər Nazirliyinin son yenilənmiş məlumatlarına görə, “Yeni Xalq Cəbhəsi” 174, prezident Makronun koalisiyası 156, Milli Birlik isə 143 yer qazanıb. Bu məlumatlara görə, Respublika Partiyası və onun müttəfiqləri 66, digərləri isə 38 mandat alacaq.