Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində iyulun 15-dən 24-dək Ermənistanda “EAGLE PARTNER 2024” adlı birgə erməni-amerikan təlimi keçiriləcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərə ER Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı quru qüvvələrinin və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq.
Təlim sülhməramlı tapşırıqlar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir.
Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə üzrə təcrübələri mübadilə etmək, o cümlədən erməni bölməsinin hazırlığını artırmaqdır.