İranın keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian prezident seçkilərinin ikinci turunda qalib gəlib. Bu barədə Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib.
Məsud Pezeşkian 16 milyon 384 min 403 səs və ya ümumi səslərin ən azı 53,6 faizini toplayaraq müasir İranın 9-cu seçilmiş prezidenti olub.
Onun rəqibi mühafizəkar Seyid Cəlili 13 milyon 538 min 179 səs və ya 44,3 faiz səs toplayıb.