Ermənistana səfəri zamanı ABŞ Helsinki Komissiyası, Senatın Xarici Əlaqələr Komitəsi və Senatın Silahlı Qüvvələr Komitəsinin nümayəndələrindən ibarət ABŞ Konqresinin nümayəndə heyəti Vayots Dzorda olub.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Qeyd edilir ki, nümayəndə heyəti Aİ-nin mülki missiyasının nümayəndələri ilə görüşüb və Azərbaycanla sərhəddəki vəziyyətlə tanış olub.