ABŞ və müttəfiqlərimiz danışıqları asanlaşdırmağa hazırdır. Bu barədə senator Rocer Uiker bildirib.
“Birləşmiş Ştatlar bu məsələdə mövqe tuta bilməz, lakin biz diplomatlar kimi mənalı müzakirələri asanlaşdırmağa, vasitəçilik etməyə hazırıq və əlbəttə ki, hökumətinizin və xalqınızın öz mövqeyini anlayırıq.
Biz danışıqlar prosesinin əvvəlində keçmiş SSRİ-nin süqutu zamanı müəyyən edilmiş tarixi sərhədlərlə bağlı şərtləri başa düşürük. Biz bu məsələlərlə bağlı mövqelərdən xəbərdarıq. Dövlət Departamentimiz və ABŞ nümayəndələri danışıqlar prosesinə kömək etməyə çalışmalıdır, ancaq vasitəçi omalı və sadəcə olaraq iki tərəfin razılığa gəlməsinə kömək etməlidir”.