Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli üzrə danışıqlarda vasitəçi ola bilməz. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, Astanada keçirilən sammitində Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin iki saatlıq görüşündə Ukrayna münaqişəsinin həlli müzakirə olunub.
May ayında РИА Новости agentliyinin türk mənbəsi bildirib ki, ölkə hakimiyyəti mütəmadi olaraq Ukrayna məsələsi üzrə danışıqların İstanbul formatını bərpa etməyə hazır olduqlarını bildirir. Lakin Ankara məsələ ilə bağlı tərəflərdən heç bir cavab almayıb.