ER Baş naziri Nikol Paşinyan Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Hörmətli prezident Bayden,
Müstəqillik günü münasibətilə Sizi və Amerika Birləşmiş Ştatlarının xalqını Ermənistan Respublikası Hökuməti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Amerika Birləşmiş Ştatlarının əsasını qoyan ümumbəşəri azadlıq, ədalət və demokratiya dəyərləri, habelə Müstəqillik Bəyannaməsində əks olunan ideallar bütün dünyada ilham və təşviq mənbəyi olmaqda davam edir.
Ermənistanla ABŞ arasında çoxşaxəli və sıx əlaqələr, son illərdə əməkdaşlığın əhəmiyyətli dərəcədə artması və inkişafı, ikitərəfli gündəliyə yeni sahələrin daxil edilməsi demokratik prinsiplərə, insan hüquqlarının müdafiəsinə və qanunun aliliyinə əsaslanan tərəfdaşlığımızın möhkəmliyini vurğulayır.
Demokratik islahatlar, iqtisadi və enerji dayanıqlığının təşviqi, ədalət, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistan və ABŞ arasında strateji dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi vizyonunda öz əksini tapıb”.