Ermənistan Xarici İşlər Nazirliyi Belarus xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
“Biz dost Belarus xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik. Bu günün əhəmiyyətini, o cümlədən erməni xalqının Belarusun azad edilməsinə verdiyi töhfəni dərk edərək, belarus xalqına sülh və firavanlıq arzulayırıq”, - deyə ER XİN-i X mikrobloqunda yazıb.