ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ rəhbərliyini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
“ABŞ və onun xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz ABŞ-ın dostlarına və tərəfdaşlarına qarşıdakı illərdə daha da uğurlar arzulayırıq və vətəndaşlarımızın rifahı, daha sabit və firavan Cənubi Qafqaz naminə Ermənistan və ABŞ arasında güclü strateji tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik”, - Mirzoyan X mikrobloqunda yazıb.