ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, Amerika Birləşmiş Ştatları NATO sammiti çərçivəsində Ermənistan və Azərbaycanla konkret görüşlər istiqamətində fəaliyyətini davam etdirəcək. O vurğulayıb ki, Bakı ilə Yerevan arasında danışıqların Vaşinqton üçün prioritetdir.
Xatırladaq ki, ABŞ Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini Vaşinqtonda keçiriləcək sammit çərçivəsində iyulun 9-11-də keçirilməsi planlaşdırılan NATO tərəfdaşlarının görüşündə iştirak etməyə dəvət edib. Ermənistan tərəfi dəvəti qəbul edib, Azərbaycan hələlik mövqe bildirməyib.