ABŞ-ın Ermənistandakı səfirliyi senator Rocer Vikerin başçılıq etdiyi ikipartiyalı Konqresin nümayəndə heyətinin Ermənistana səfərini alqışlayır. Bu barədə məluamtı ABŞ səfirliyi yayıb.
Senator Viker (R-Mississipi) ABŞ Helsinki Komissiyasının yüksək səviyyəli respublikaçı üzvüdür. Senator Viker həm də Senatın Silahlı Qüvvələr Komitəsinin yüksək səviyyəli respublikaçı üzvüdür.
Nümayəndə heyətində Helsinki Komissiyasının sədri, nümayəndə Co Wilson, həmsədr, senator Ben Kardin, senator Con Korni, Nümayənələr Palatasının üzvü Robert Aderholt, Riçard Hudson, Trent Kelli və Endi Harris də var.
İyulun 2-5-nə planlaşdırılan səfər zamanı nümayəndə heyəti ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə ER Parlamentinin həmkarları və ER hökumətinin nümayəndələri ilə görüşlər keçirəcək.
Nümayəndə heyəti Erməni Soyqırımı memorial kompleksini ziyarət edəcək, daha sonra baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Parlamentinin sədri Alen Simonyanla görüşlər keçirəcək.
Nümayəndə heyətinin Ermənistanın siyasi sahəsini təmsil edən Parlamentinin deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri və Dağlıq Qarabağdan olan məcburi köçkün və qaçqınlarla da görüşləri nəzərdə tutulub.