Biz Alma Ata Bəyannaməsi prinsipləri əsasında Azərbaycanla sərhədin delimitasiyası prosesinin davam etdirilməsinə böyük əhəmiyyət veririk. Buna paralel olaraq sülh və ya münasibətlərin qurulması sazişi var və burada da Ermənistan əvvəlki kimi çox konstruktiv mövqedədir. Ermənistanın təklifləri və yanaşmaları şəffafdır. ER xarici işlər naziri Ararat Mirzoyan bu barədə Tbilisidə Ermənistan və Gürcüstan XİN başçılarının birgə mətbuat konfransında bildirib.
“Biz ümid edirik və bunu real hesab edirik və mən özüm də bəyanat vermişəm ki, bir ay ərzində tez və intensiv işləyərək sülh sazişini başa çatdırmağa və Azərbaycanla həmin çox mühüm sənədi imzalamaya bilərik.
Bu təklifin nə dərəcədə müsbət qarşılandığını deyə bilmərəm. Əksinə, biz görürük ki, prosesi uzatmaq üçün bəzən yeni, tam əminliklə deyə bilərəm ki, süni maneələr yaradılır, lakin biz regionumuzda davamlı sülhün bərqərar olması üçün həqiqətən də tarixi imkanın olduğuna inanmaqda davam edirik”, - deyə o bildirib.