Əvvəllər olduğu kimi, Ermənistan qonşuları ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və əməli səylər göstərir. Bu barədə Tbilisidə Ermənistan və Gürcüstan XİN rəhbərlərinin birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz Türkiyə ilə münasibətlərimizin tam normallaşmasına, diplomatik münasibətlərin qurulmasına, Ermənistan-Türkiyə sərhədinin açılmasına tamamilə hazırıq. Həmin vizyona malik olduğumuz üçün biz də həmin vizyona uyğun olaraq razılaşmaları və razılaşdırılmış addımları həyata keçirməyə hazırıq.
Bizim Türkiyə ilə sağlam dialoqumuz var, artıq razılaşmamız var və hesab edirik ki, bu razılaşmaların reallığa çevrilməsinin vaxtı çoxdan çatıb”, - Mirzoyan bildirib.