Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü davam edir.
Bu barədə XİN-in sözçüsü Ani Badalyan Facebook səhifəsində bildirib.
“İki ölkə arasında strateji tərəfdaşlıq gündəliyi, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq, eləcə də regional məsələlər gündəmdədir.
Görüşün sonunda nazirlər mətbuat üçün açıqlamalar verəcəklər”,-məlumatda deyilir.