ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlərlə keçirdiyi brifinqdə Cənubi Qafqazda baş verən proseslərdən danışıb. Jurnalistlərdən biri xatırladıb ki, Entoni Blinken bu yaxınlarda Azərbaycan prezidenti ilə danışıb, Dövlət Departamentinin nümayəndəsi Ceyms O'Brayen də Bakıda olub.
Jurnalist Vedant Pateldən soruşub: “Bu cür yüksək səviyyəli təmasların Azərbaycanda siyasi məhbus problemi həll olunmadan davam etməsi Vaşinqtonu narahat etmirmi?”
“Bu, uzunmüddətli prosesdir və davamlı iş tələb edir, ona görə də dövlət katibi və digərləri bu məsələyə diqqəti davam etdirəcəklər”,-Patel bildirib.