İranda prezident seçkilərinin ikinci turu öncəsi prezidentliyə namizədlər Seyid Cəlili və Məsud Pezeşkian debat keçirərək, ölkənin xarici siyasəti və iqtisadi islahatları müzakirə ediblər.
Səid Cəlili İranın ali rəhbərinə sadiqdir, onun rəqibi Məsud Pezeşkian isə qadınların hüquqlarını, sosial azadlıqlarını müdafiə edir.
Bu barədə Reuters yazır.
“Əgər təkmilləşmək istəyiriksə, dünya ilə yaxşı əlaqələrimiz olmalıdır. Biz qonşularımızdan başlayacağıq”, - Pezeşkian bildirib.
Birinci turun nəticələrinə görə, İranda prezident seçkilərində namizədlərdən heç biri 50 faizlik baryeri keçə bilməyib. İkinci tur iyulun 5-nə təyin edilib.