Vladimir Zelenski Kiyevdə Viktor Orbanı qəbul edib. Danışıqlardan sonra Ukrayna Prezidenti məlumat verib ki, o, Macarıstanın Baş naziri ilə ikitərəfli münasibətlərin fundamental məsələlərini: ticarət, sərhəd əməkdaşlığı, infrastruktur və enerji məsələlərini müzakirə edib.
“Ümumiyyətlə, bütün məsələlər üzrə dialoqumuzun məzmunu iki dövlət arasında bütün istiqamətlərdə münasibətləri tənzimləyən gələcək ikitərəfli sənəd üçün əsas ola bilər”, - deyə Zelenski bildirib.
Orban öz növbəsində qeyd edib ki, görüş zamanı Zelenski Rusiya ilə danışıqlar üçün atəşkəs rejiminə baxmağı təklif edib.
“Mən cənab prezidentdən xahiş etdim ki, bu barədə düşünsün, yanğını dayandırsın, sonra danışıqlara başlasın və davam etdirsin. Atəşkəs həmin danışıqların sürətlənməsini təmin edə bilər”, - Macarıstanın baş naziri bildirib.