“Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb”.
Bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib. O bildirib ki, bu saziş onilliklərlə davam edən münaqişəyə son qoyacaq və iqtisadi əlaqələr, iqtisadi inkişaf, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələr baxımından böyük imkan yaradacaq.
“Azərbaycan bu işdə çox böyük rola malikdir. Biz diplomatiya yolu ilə fəal şəkildə iş apararaq Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdıq. Biz bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq və koordinasiya həyata keçirmişik. Düşünürəm ki, bu, həqiqətən mümkündür. Mən təxminən bir həftə əvvəl bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Düşünürəm ki, bu mümkündür və tam mənada Azərbaycanla Ermənistanın, həmçinin bütün regionun maraqlarına xidmət edir”, – deyə A.Blinken qeyd edib.