Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2024-cü ilin birinci yarısında Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 19 hərbi qulluqçusunu itirib. Onlardan 17 nəfəri qeyri-döyüş itkiləri ilə bağlıdır, 2-si isə 2023-cü ilin sentyabrında yaralanmış və uzun müddətdə komada qalmış hərbçilərdir.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, ümumilikdə 2024-cü ildə 5 nəfər avtomobil qəzasından, 4 nəfər müxtəlif bədbəxt hadisələrdən, 3 nəfər müxtəlif xəstəliklərdən, 3 nəfər intihardan, 1 nəfər qeyri-qanuni haldan, 1 nəfərsə naməlum səbəbdən ölüb.
Bu dövrdə dünyasını dəyişənlərin 17 nəfəri Müdafiə Nazirliyinin, 2 nəfəri isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.
Dünyasını dəyişənlərin 11 nəfəri əsgər, 7 nəfəri zabit, 1 nəfəri isə gizirdir.