Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryanın ofisi bəyanat yayıb. Bəyanatda deyilir:
“Müvafiq razılaşmalara uyğun olaraq, Komissiyalar Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər.
2024-cü il iyulun 1-dən komissiyalar işçi qaydada Əsasnamənin layihələrini bir-birinə ötürüb və bir sıra müzakirələr aparıblar.
Danışıqlar konstruktiv şəkildə davam edir.
Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır”.