İyulun 1-dən Macarıstan altı ay müddətinə Avropa İttifaqı Şurasına sədrlik etməyə başlayır.
Macarıstan Aİ Şurasına sədrliyi növbəti altı ay üçün prioritetlərini təqdim edərkən qeyd edib ki, Budapeşt “həqiqətən güclü Avropanın sülhü, təhlükəsizliyi və rifahı naminə üzv dövlətlər və Avropa institutları arasında həqiqi əməkdaşlıq ruhunda dürüst bir broker kimi çalışacaq”.
Prioritetlərdən bəziləri Avropanın rəqabət qabiliyyətinin artırılması və müdafiə siyasətinin gücləndirilməsidir. Onlar həmçinin Aİ üçün “ardıcıl və nailiyyətlərə əsaslanan genişlənmə siyasətini” əhatə edir.
Qeyri-qanuni miqrasiyanın qarşısının alınması, regional fərqlərin azaldılması, iqtisadi, sosial və ərazi birliyinin gücləndirilməsi yolu ilə birləşmə siyasətinin gələcəyinin formalaşdırılması;,fermer yönümlü kooperativ kənd təsərrüfatı siyasəti, demoqrafik problemlərin həlli proritetlər arasındadır.