İyunun 28-də ER müdafiə naziri Suren Papikyan Kiprin müdafiə naziri Vasilis Palmas ilə telefon danışığı aparıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan və Kipr arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Kiprin müdafiə nazirinin Ermənistan Respublikasına gözlənilən rəsmi səfəri ilə bağlı gündəlikdəki məsələlər də müzakirə olunub.