Türkiyə qonşu Suriya ilə münasibətlərin normallaşdırılması təşəbbüslərinə açıqdır, Rəcəb Ərdoğan bildirib.
“Biz Suriya ilə nizamlanma təşəbbüslərinə açığıq. Diplomatik münasibətlər qurmamaq üçün heç bir səbəb yoxdur. Əvvəlki kimi birlikdə işləyə bilərik. Bizim Suriyanın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur”, - Türkiyə prezidenti bildirib.
Bir neçə gün əvvəl Suriya prezidenti Bəşər Əsəd bəyan etmişdi ki, Dəməşq Suriyanın suverenliyinə hörmət əsasında Ankara ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə açıqdır.
Suriyada vətəndaş müharibəsi başlayandan sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.