“Biz prezident Əliyevlə açıq danışırıq. Sülh zamanıdır. Sülhə nail olmaq yalnız Azərbaycanın məsələsi deyil. Bu, həm də bütövlükdə region və Mərkəzi Asiya üçün bir məsələdir”.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.
“Bütün bu ölkələr dünya bazarına ya Rusiya, ya da Çin vasitəsilə ixrac edirlər. Onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var. Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir.
Bu mənada müharibəyə son qoymaq və 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün bizim Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır!”.