Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır. Bu barədə ER xarici işlər naziri Estoniyanın xarici işlər naziri ilə birgə mətbuat konfransında bildirib.
“Türkiyəli tərəfdaşlarla dialoq nəticəsində biz açılışla bağlı razılaşmalar əldə etdik, tam nizamlanmaya nail olmaq üçün atıla biləcək konkret addımları qeyd etdik.
Üçüncü ölkələrin, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün sərhədlərin açılması imkanları da müzakirə olunub. Biz bu istiqamətdə qətiyyətimizi bir daha təsdiqləyirik və həqiqətən də inanıram ki, əldə edilmiş razılaşmaları həyata keçirməyin vaxtı çatıb”, - Mirzoyan bildirib.